Idmanxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“İnter Mayami”nin hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçə bilər.
İdmanxeber.az-ın “Diario Spor”a istinadən verdiyi məlumata görə, klub prezidenti argentinalı ulduzun atası və agenti Xorxe Messi ilə görüşmək üçün ABŞ-a gedib. Danışıqların məqsədi hücumçunun bu yay transfer imkanlarını dəyərləndirməkdir.
Messinin ABŞ klubu ilə müqaviləsi 2025-ci ilin sonuna qədər nəzərdə tutulub.