“Əl Hilal” Neymarla yollarını ayırıb

28.01.2025

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Braziliya millisinin üzvü Neymar Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasından ayrılıb. SİA xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Otuz iki yaşlı oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. "Sambaçı"nın sabiq komandası "Santos"a (Braziliya) geri dönəcəyi gözlənilir.

Qeyd edək ki, 2023-ci yayında "Əl-Hilal"a transfer olunan hücumçu zədə səbəbindən ümumilikdə 7 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью