Əl Hilal seneqallı müdafiəçi ilə müqavilə yeniləyib

13.02.2026

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Əl-Hilal" mövsümün sonunda müqaviləsi başa çatan Kalidu Kulibali gələcəyi ilə bağlı qərar verib.

Apasport.az xəbər verir ki, seneqallı müdafiəçinin sözləşməsinin müddəti uzadılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı mərkəz müdafiəçisi ilə 2027-ci ilin yayınadək nəzərdə tutulan yeni müqavilə imzalanıb.

Qeyd edək ki, "Əl-Hilal" Kalidu Kulibalini 2023-cü ilin yayında "Çelsi"dən 23 milyon avroya transfer edib. Seneqal millisinin üzvü bu mövsüm Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Qalatasaray”ın matçı bu kanalda - TV AFİŞA Sterlinqin yeni klubu BƏLLİ OLUB Mərc oyunları qalmaqalı: "Qalatasaray"ın həkimi, "Fənər"in tərcüməçisi... “Arsenal”da ciddi itki “Milan” futbolçusunu “Bornmut”a satıb - RƏSMİ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью