Əl Hilal Vinisius üçün 800 milyon avro hazırlayır

30.04.2025

Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Əl-Hilal" hazırda "Real Madrid"də çıxış edən braziliyalı hücumçu Vinisius Junioru transfer etmək istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Sport Zone" məlumat yayıb.

Məlumata görə, Səudiyyə klubu 24 yaşlı hücumçunun nümayəndələri ilə əlaqə saxlayıb.

“Əl-Hilal” futbolçu üçün 800 milyon avro xərcləməyə hazırdır.

Bu məbləğə hücumçunun transfer dəyəri, maaşı və bonus ödənişləri daxil olacaq.

Eyni zamanda, braziliyalının özü karyerasını "kral" klubunda davam etdirməyə daha çox meyllidir.

Vinisiusun "Real" ilə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.

Futbolçunun transfer dəyəri 200 milyon avro olaraq qiymətləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью