Əl İttihad 38 yaşlı futbolçusunu buraxmaq istəmir

11.01.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Əl-İttihad" 38 yaşlı futbolçusunu buraxmaq istəmir

"Əl-İttihad" Benzemaya yeni müqavilə təklif edib.

QOL.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Nikolo Skira "X" hesabında məlumat paylaşıb. 

Səudiyyə Ərəbistanı təmsilçisi 38 yaşlı Kərim Benzemaya 2028-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə təklif edib. Ulduz futbolçunun hazırkı sözləşməsi isə iyunun 30-da başa çatır. Tərəflər arasında danışıqlar davam edir və klub rəhbərliyi razılığa gəlməyə maraqlıdır.

Qeyd edək ki, fransalı hücumçu cari mövsümdə Səudiyyə Liqasında meydana çıxdığı 10 oyunda 7 qola imza atıb.

Xatırladaq ki, Benzema 2023-cü ilin iyulundan "Əl-İttihad"ın formasını geyinir. O, 2009-cu ildən şərəfini qoruduğu "Real"dan ayrıldıqdan sonra azad agent kimi ərəb klubuna keçib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью