Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.
Nqolo Kantenin “Fənərbaxça”ya keçidi gündəmdən düşmək bilmir.
Sportal.az "BeIN Sports"un Türkiyə şöbəsinə istinadən xəbər verir ki, yarımmüdafiəçi və İstanbul klubu birgə “Əl-İttihad”ı futbolçu ilə müqaviləni ləğv etməyə razı salmağı bacarıblar.
Bu baş verəndən sonra “Fənərbaxça” 34 yaşlı fransız futbolçunun transferini rəsmi olaraq elan edəcək. Gözlənilir ki, müqavilə haqqında məlumat bu yaxınlarda verilsin.
Xatırladaq ki, daha əvvəl Türkiyə klubu “Əl-İttihad”ı Kantenin transferini pozmaqda günahlandırmışdı.
saytlarin hazirlanmasi