Əl İttihad növbəti səs küylü transferə hazırlaşır

26.03.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad" transfer bazarında daha bir səs-küylü keçidə hazırlaşır. Klub "Çelsi"nin ulduz yarımmüdafiəçisi Enzo Fernandes üçün rəsmi təklif göndərməyi planlaşdırır.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, Fernandesin özü Yaxın Şərqə köçmək ehtimalına hələlik ehtiyatla yanaşır, lakin "Əl-İttihad"ın təklif edəcəyi böyük maliyyə şərtləri bu fikri dəyişə bilər.

Digər tərəfdən, ulduz futbolçu Avropa nəhənglərinin də diqqət mərkəzindədir. Xüsusilə Fransa PSJ-si və İspaniyanın "Real Madrid" klubu oyunçunu yaxından izləyərək transfer yarışında əsas namizədlər kimi çıxış edirlər.

Bütün bunlara baxmayaraq, "Çelsi" rəhbərliyi argentinalı istedadı heyətdə saxlamaqda qərarlıdır və ona daha sərfəli şərtləri özündə ehtiva edən yeni müqavilə təklif edir.

Xatırladaq ki, cari mövsümdə London klubunun forması ilə 46 matçda iştirak edən yarımmüdafiəçi 12 dəfə fərqlənib və 6 məhsuldar ötürmə ilə yadda qalıb. İstedadlı oyunçunun klubla mövcud sözləşməsi 2032-ci ildə başa çatır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью