Icma.az, Footbal-plus saytına istinadən bildirir.
Məlum olduğu kimi, “Kəpəz”lə Qətərin “Əl-Karaitiyat” komandaları arasında bu gün keçirilməli olan yoxlama oyunu ləğv olunub.
Bunun səbəbi kimi rəqib komandanın istəyi göstərilir. Növbəti mövsümə hazırlığı Qəbələdə keçən Gəncə təmsilçisinin matçı niyə ləğv olundu? Detallarla bağlı məlumat almaq üçün klubun mətbuat katibi Gəray Qiyasovla əlaqə saxladıq:
“Əl-Karaitiyat” burdadı. Bu gün – avqustun 1-də oyun keçirilməliydi. Onlar isə vaxtın bir-iki gün sonraya dəyişdirilməsini istədilər. Bu da mümkün olmadı. Çünki bir neçə gün sonra bizim başqa yoxlama oyunumuz var. Buna görə də ayın 1-də oynamaq planı baş tutmadı. Açığı, səbəbini dəqiq bilmirəm, sadəcə, günü dəyişmək istəyirdilər”.
İSRAYIL XEYRULLAYEV