El Kastillo həbsxanasında daha bir iğtişaş iki nəfər ölüb

10.10.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 10 oktyabr, AZƏRTAC

Meksikanın Sinaloa ştatındakı "El-Kastilyo" həbsxanasında baş verən iğtişaş ölümlə nəticələnib.

AZƏRTAC xəbər verir ki, məhbuslar arasında çıxan davada iki nəfər ölüb. Hadisə yerinə göndərilən xüsusi təhlükəsizlik qrupu vəziyyəti nəzarət altına alıb. Faktla bağlı araşdırma başlanılıb.

"El-Kastillo" həbsxanasında iki gün əvvəl də toqquşma baş verib. Nəticədə 10 nəfər ölüb. Onlardan biri məhbus yanına gələn ziyarətçi olub. 16 məhbus isə yaralanıb.

Həmin hadisədən sonra hakimiyyət orqanları həbsxanaya ziyarətləri müvəqqəti olaraq dayandırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью