“El Klasiko” əfsanələri yenidən üzüzə gələcəklər

13.11.2024

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Barselona” və “Real Madrid”in əfsanələri Yaponiyada keçiriləcək “El Klasiko” matçında yenidən yaşıl meydanda üz-üzə gələcəklər.

“Qafqazinfo” xəbər verir ki, oyun paytaxt Tokioda keçiriləcək.

Matç dekabrın 15-də “Ajinomoto” stadionunda baş tutacaq. Məlumata görə, oyun İnyestanın futboldan ayrılmasına həsr olunacaq.

Qarşılaşmada “El Klasiko”nun ulduzları Xavi, Andres İnyesta, Rafael Markes, Xavyer Maskerano, Rivaldo, Boyan Krkiç, Xavyer Saviola, Ludoviq Jüli, Adriano, Qaiska Mendieta, Roberto Karlos, Luiş Fiqo, İker Kasilyas, Xulio Baptista və digərləri meydana çıxacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью