Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İspaniya Superkubokunun növbəti yarışına İstanbul ev sahibliyi edəcək.
Futbolpress.az xəbər verir ki, bu barədə Kral İspaniya Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb.
Dördlük turnirində “Real” (Madrid), “Barselona”, “Real Sosyedad” və “Atletiko” (Madrid) mübarizə aparacaq. Matçlar 77 mindən çox tamaşaçı tutumuna malik Atatürk Olimpiya Stadionunda təşkil olunacaq.
İspaniya Superkubokunun görüşləri 2027-ci il fevralın 2-dən 7-dək baş tutacaq.
Xatırladaq ki, ötən mövsüm bu turnir Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmişdi.