“El Klasiko” matçı öncəsi Ardaya böyük müjdə

07.05.2025

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

“Real Madrid”in “Barselona” ilə oynanılacaq “El Klasiko” matçı öncəsi Arda Gülerlə bağlı sürpriz yaşanıb.

Metbuat.az xəbər verir ki, “Real”da Ardanın start heyətdə oynaması nəzərdən keçirilir. Məlumata görə, Rordiqonun uğursuz oyunu və Ardanın ona verilən şanslardan istifadə etməsi diqqət çəkib. Arda La Liqanın 34-cü həftəsindəki “Selta Viqo” matçında ilk 11-likdə yer alıb və uğurlu oyun nümayiş etdirib. “Real”ın 3-2 hesablı qələbəsi ilə yekunlaşan oyunda Arda bir qol və bir məshuldar ötürmə ilə yadda qalıb.

Arda Gülerin “Selta Viqo” matçında diqqət çəkən oyunçulardan biri olduğu vurğulanıb və onun müdafiəçilərə də kömək etdiyi qeyd edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью