“El Klasiko”da görünməyəcək

04.05.2026

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Daniel Karvaxal bir müddət oynaya bilməyəcək.

"Football-plus.az" xəbər verir ki, “Real”ın sağ cinah müdafiəçisi “Barselona” ilə qarşıdakı oyunu buraxacaq.
Madrid klubunun saytının məlumatına görə, 34 yaşlı ispaniyalı futbolçuya sağ ayağın beşinci barmağının sınığı diaqnozu qoyulub. Daniel ən az 2 həftə yaşıl meydalardan kənarda qalacaq. Bu da o deməkdi ki, təcrübəli müdafiəçi mayın 10-da keçiriləcək “El Klasiko”nu buraxacaq.
Karvaxal bu mövsüm La Liqada 14 oyunda iştirak edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью