El Klasikoda ilk qolu Mbappe vurdu

13.01.2025

Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Real Madrid"in hücumçusu Kilian Mbappe El Klasikoda ilk qolu vurub.

Publika.az xəbər verir ki, 25 yaşlı Fransa millisinin forvardı İspaniya Superkuboku uğrunda "Barselona" ilə görüşdə matçın 5-ci dəqiqəsində qol vuraraq hesabı açıb.

Mbappe üçün bu qol "Barselona"ya qarşı yeddinci qol olub. Buna qədər fransız "Paris Saint-Germain"in tərkibində altı dəfə "blaugrana"ya qol vurmuşdu.

Hazırda qarşılaşma birinci hissədə başa çatır, hesab 3:1 “Barselona”nın xeyrinədir. Lamin Yamal, Robert Levandovski və Rafinya 1 dəfə "mavi qranat"lara imza atıblar.

Hüseyn İbadlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью