“El klasiko”dakı bu şüara görə “Barselona”nın başı dərddə

14.05.2025

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

La Liqa “El Klasiko”da “Barselona” azarkeşlərinin təhqiramiz şüarları ilə bağlı məlumatı RFEF Rəqabət Komitəsinə və Zorakılıqla Mübarizə Komissiyasına göndərib. SİA xəbər verir ki, bu barədə La Liqa internet saytında məlumat verilib. Görüş zamanı azarkeşlərin bir sıra təhqiramiz şüarlara yol verdikləri vurğulanır. Matç bitdikdən bir dəqiqə sonra bəzi “Barselona” azarkeşləri təxminən səkkiz saniyə ərzində “Real” axmaqları, çempionu alqışlayın” şüarları səsləndiriblər. La Liqa saytının məlumatına görə, bu cür şüarlar həm RFEF İdman İntizamı Məcəlləsində, həm də İdmanda Zorakılıq, İrqçilik, Ksenofobiya və Dözümsüzlüklə Mübarizə Qanununda göstərildiyi kimi qadağan edilmiş və cəzalandırılmalı kimi təsnif edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью