“El Klasiko”ya proqnoz: “Barselona” 4:1 hesabıyla qalib gələcək”

24.10.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İspaniyalı keçmiş futbolçu Jordi Alba La Liqanın IX turunda “Barselona” ilə “Real” arasında keçiriləcək “El Klasiko” haqqında fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, müdafiəçi kataloniyalıların 4:1 hesabıyla qalib gələcəyini deyib:

“Barselona” çox yaxşı formadadır. Komanda möhtəşəm futbol oynayır və tam əminəm ki, qələbə qazanacaqlar. Proqnozum? Məncə, “Barselona” 4:1 hesabıyla qalib gələcək”.

Alba 2012-2023-cü illərdə “Barselona”da forma geyinib.

Sabah baş tutacaq “el klasiko”ya saat 00:00-da start veriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью