El Klassiko dan əvvəl Real a ağır itki

25.10.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

“Real Madrid”in qapıçısı Tibo Kurtua İspaniya çempionatının 10-cu turunda “Barselona”ya qarşı keçiriləcək oyunu buraxacaq.

Modern.az xəbər verir ki, bu barədə “kral klubu”nun rəsmi saytı məlumat yayıb.

Rəsmi məlumata görə, qapıçı matçdan əvvəl qripə yoluxub. Onun əvəzinə heyətə 19 yaşlı ukraynalı qapıçı İlya Voloşin daxil edilib.

“Barselona” ilə Madrid “Real”ı arasında oyun bu gün, oktyabrın 25-də, “Spotify Kamp Nou” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью