“El Klassiko” tarixində nadir hadisə yaşanıb

12.01.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

İspaniya Superkubokunun finalında Madridin "Real"ı ilə "Barselona" arasında keçirilən oyunda XXI əsrdə ilk dəfə olaraq nadir hsdisə qeydə alınıb.

İdman.Biz xəbər verir ki, birinci hissənin əlavə vaxtında üç qol qeydə alınıb.

45+2-ci dəqiqədə "Real"ın vingeri Vinisius Junior komandasının qol hesabını açıb. 45+4-cü dəqiqədə Robert Levandovski "Barselona"nın ikinci qolunu vurub. 45+6-cı dəqiqədə isə Qonsalo Qarsiya yenidən tarazlığı bərpa edib.

Bundan əvvəl, 36-cı dəqiqədə braziliyalı Rafinya katalonları önə çıxarmışdı.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью