El Klassiko Türkiyədə keçirilə bilər

07.08.2026

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

2027-ci il İspaniya Superkubokunun İstanbulda keçirilə biləcəyi ehtimal olunur.

Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Alfredo Martines yayıb.

Məlumata görə, mövsümün ilk kubokunun sahibini müəyyən edəcək matçın 2027-ci ilin fevral ayının ilk həftəsində İstanbulda baş tutacağı gözlənilir. Son illərdən fərqli olaraq, bu dəfə turnirə Səudiyyə Ərəbistanı deyil, Türkiyə ev sahibliyi edə bilər.

Turnirin yarımfinal mərhələsində "Real Sosyedad" "Real Madrid"lə, "Barselona" isə "Atletiko Madrid"lə qarşılaşacaq.

Bundan əlavə, əgər tədbir baş tutarsa, Joze Mourinyu və Hans-Diter Flikin rəsmi matçda ilk dəfə üz-üzə gəlməsi ehtimalı var.

İspaniya Superkubokunun ev sahibi ölkə və şəhəri ilə bağlı hələ heç bir rəsmi açıqlama verilməyib.

Əlisahib İbrahimli

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью