Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qış aylarında əllərimiz davamlı olaraq qurumağa və çatlamağa başlayır. Buna görə də bir çox insan müxtəlif əl kremləri alır.
Ancaq əl kremi üçün pul ödəmək əvəzinə təbii məhsullardan istifadə etməklə əllərinizi olduğu kimi cibinizi də qoruya bilərsiniz.
Sağlamolun.az əl kremi əvəzinə istifadə edə biləcəyiniz təbii məhsulları təqdim edir: Hindistancevizi yağı: Kokos yağı tərkibindəki təbii yağ turşuları ilə dərinin nəm balansını qorumağa kömək edir.
Hər gecə əllərinizə nazik bir qat kokos yağı sürtməklə əl baxımınızı təbii şəkildə tamamlaya bilərsiniz.
Hindistancevizi yağı əllərin çatlamasının və qurumasının qarşısını alacaq.
Aloe vera: Aloe vera bitkisinin tərkibindəki təbii gel əl və dəriyə qulluqda dəstəkləyici məhsuldur.
Əllərdəki ölü hüceyrələri təmizləyərək əllərinizin təbii nəmliyini və yumşaqlığını qaytarmasını təmin edir.