Əl Musrati üçün “Monako” macərası bitdi GERİ QAYIDACAQ

19.05.2025

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hazırda karyerasını Fransanın “Monako” klubunda davam etdirən və müqavilə ilə “Beşiktaş”a məxsus olan Əl-Musratinin gələcəyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, Liviya millisinin üzvü yayda Super Liqa təmsilçisinə geri qayıdacaq.

Bu barədə Liqa 1 təmsilçisinin idman direktoru Tiaqo Skuro jurnalistlərə açıqlamasında məlumat verib. Klub rəsmisi futbolçunun komandada qalmayacağına dair qərarın həm Əl-Musratiyə, həm də “Beşiktaş” rəhbərliyinə bildirildiyini deyib.

Xatırladaq ki, “Monako” 29 yaşlı yarımmüdafiəçini qış transfer pəncərəsində “qara qartallar”dan 1 milyon avro qarşılığında mövsümün sonuna qədər icarəyə götürmüşdü.

Qeyd edək ki, Əl-Musrati Fransa klubunun heyətində 11 oyunda iştirak edib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Mahir Almaniyada turun rəmzi komandasına düşüb Korrea "Atletiko"dan ayrılacağını açıqlayıb “Heydər Əliyev kuboku-2025”: Daha 10 boksçumuz mərhələ adlayıb Günün oyunları bu kanallarda "Mançester Siti" braziliyalı futbolçu ilə anlaşıb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью