Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Əl-Nəsr” borclarına görə satışa çıxarıla bilər – Ronaldo səhmdar olacaq?
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu 184 milyon avroluq borc səbəbindən satışa çıxarıla bilər.
QOL.az xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb.
“Milan” və “Tuluza” klublarının sahibi olan “RedBird Capital Partners” şirkəti “Əl-Nəsr”ə investisiya yatırmaq imkanlarını müzakirə edir. Komandanın hücumçusu Kriştiano Ronaldonun da klubun səhmlərinin 20 faizədək hissəsini əldə edə biləcəyi iddia olunur.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı çempionatında 8 turdan sonra 19 xal toplayan “Əl-Nəsr” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Komanda lider “Əl-Hilal”dan 5 xal geri qalır. Ronaldo cari mövsümdə 4 qol vurub.