Əl Nəsr də məşqə çıxmayan Ronaldu ilə bağlı qərar verildi SON DURUM

04.02.2026

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Kriştianu Ronaldunun Səudiyyə Ərəbistanındakı gələcəyi ilə bağlı "Əl-Nəsr" azarkeşlərinin narahatlığı müsbət məcraya yönəlib. 

Fanat.Az xəbər verir ki, portuqaliyalı superulduz ən yüksək səviyyəli dairələrin müdaxiləsindən sonra klubda qalmağa razılaşıb.

Jurnalist Ben Ceykobsun məlumatına görə, Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu yeni mövsüm üçün "Əl-Nəsr"ə əhəmiyyətli transfer büdcəsi ayırmaq qərarına gəlib. Bu addım Ronaldu ilə danışıqlarda əsas amil olub.

Xatırladaq ki, Ronaldu Kərim Benzemanın liqadakı əsas rəqibinə transferinə kəskin reaksiya vermiş və "Əl-Nəsr"in qış transfer bazarındakı passivliyinə kəskin etiraz etmişdi. Ər-Riyad klubunun bir transfer belə edə bilməməsinə etiraz olaraq, portuqaliyalı məşqə çıxmamışdı. 

Qeyd edək ki, "Əl-Nəsr" hazırda Səudiyyə Ərəbistanı çempionatında 46 xalla ikinci yerdədir və liderlik uğrunda mübarizəni davam etdirir.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью