Əl Nəsr də yeni baş məşqçi

29.06.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Stefano Pioli ilə yollarını ayıran "Əl-Nəsr"in yeni baş məşqçisi bəlli olub.

QOL.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubunu Jorje Jezus çalışdıracaq.

Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb..

"Əl-Nəsr"in portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldonun həmyerlisinin komandaya gətirilməsində vasitəçi olduğu bildirilib.

Qeyd edək ki, 70 yaşlı mütəxəssis mayın əvvəlində "Əl-Hilal"ı tərk edib. O, 2024-cü ildə komandaya Səudiyyə Ərəbistanı çempionu və kuboku titullarını qazandırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью