Əl Nəsr in hücumçusu Barselona ya qayıtmaq istəyir

01.10.2026

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

"Əl-Nəsr"lə müqaviləsi mövsümün sonunda başa çatan Joau Feliş Avropaya qayıtmağı planlaşdırır.

Sportal.az xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

Portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanı klubu ilə yeni sözləşmə imzalamayacaq. 26 yaşlı futbolçu 2023/24 mövsümündə icarə əsasında formasını geyindiyi "Barselona"ya qayıtmaq istəyir.

Qeyd edək ki, "Əl-Nəsr" Joau Felişi 2025-ci ilin yayında "Çelsi"dən 35 milyon avroya transfer edib. Portuqaliya millisinin üzvü cari mövsümdə Asiya təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью