Əl Nəsr in yeni baş məşqçisi AÇIQLANDI

03.07.2026

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu yeni baş məşqçisini açıqlayıb.

Redaktor.az xəbər verir ki, komandanı Ange Postekoqlu çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Avstraliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

60 yaşlı məşqçi son olaraq İngiltərədə “Tottenhem”i çalışdırıb və daha sonra “Nottingem Forest”də qısa müddət fəaliyyət göstərib.

Qeyd edək ki, “Əl-Nəsr”in heyətində Kriştiano Ronaldo, Sadio Mane, Kinqsli Koman, Joao Fliks kimi ulduz futbolçular çıxış edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью