Əl Nəsr məşhur hücumçuları transfer etmək istəyir

27.01.2025

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

Anderson Talişkanı "Fənərbaxça"ya satan "Əl-Nəsr" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisinin əsas hədəfi "Bayer"də çıxış edən Viktor Bonifasedir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Əl-Nəsr" nigeriyalı forvard üçün artıq Almaniya klubu ilə danışıqlara başlayıb.

Ərəblərin gündəmində olan digər forvard isə "Aston Villa"da oynayan Con Durandır. Klub kolumbiyalı futbolçu üçün də danışıqlara start verəcək.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью