Əl Nəsr mövsümdə ilk dəfə məğlub oldu

23.11.2024

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Səudiyyə Ərəbistanı çempionatında 11-ci turun oyunları keçirilir.

Metbuat.az xəbər verir ki, Kriştiano Ronaldonun formasını geydiyi “Əl Nəsr” öz meydanında “Əl Qadisiyə” ilə üz-üzə gəlib. Portuqaliyalı ulduz ilk hissədə komandasını hesabda önə keçirsə də, yekunda “Əl Nəsr” 1-2 hesabı ilə məğlub olub. Bu, Ronaldonun komandasının cari mövsümdə çempionatdakı ilk məğlubiyyətidir. “Əl Nəsr” hazırda 22 xalla üçüncü, eyni xala malik “Əl Qadisiyə” isə beşinci pillədə qərarlaşıb. Lider “Əl Hilal”ın 28 xalı var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью