sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Əl-Nəsr" Joao Feliks ilə müqavilə müddətini uzatmağa hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə "FootMercato" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Səudiyyə klubu müqavilədəki avtomatik uzadılma bəndini işə salacaq və bununla da 27 yaşlı futbolçu ilə əməkdaşlığı 2029-cu ilin iyununa qədər davam etdirəcək. Bu razılaşma çərçivəsində "Əl-Nəsr" "Çelsi"yə əlavə 20 milyon avro ödəyəcək. Bu məbləğ portuqaliyalı futbolçunun ötən ilki ilkin transfer dəyərinin üzərinə əlavə olunacaq.
Bir müddət əvvəl Feliksin "Barselona"ya qayıtmağı düşündüyünə dair şayiələr dolaşırdı. Eyni zamanda, "Yuventus" və "Mançester Yunayted"in də gələn yay futbolçunu heyətinə qatmaq imkanlarını nəzərdən keçirdiyi bildirilir.
Qeyd edək ki, hücumçu cari mövsümdə16 oyuna çıxıb, 8 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun "Əl-Nəsr"lə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatmalı idi.