“Əl Nəsr”dən darmadağın RONALDODAN HET TRİK

30.10.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

Kriştianu Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının XII turunda doğma meydanda “Əl-Xolud”u qəbul edib.

Apasport.az xəbər verir ki, 8 qolun vurulduğu qarşılaşma meydan sahiblərinin 5:3 hesablı qələbəsi ilə başa çatıb.

Görüşün ilk hissəsi 2:2 hesabı ilə yekunlaşıb. Qonaqların heyətində Dominges 16-cı dəqiqədə hesabı açıb. “Əl-Nəsr” Angelo (24) və Sadio Mane (38) ilə önə keçsə də, Essomba ilk hissəyə əlavə olunmuş 2-ci dəqiqədə tarazlığı bərpa edib.

İkinci hissədə isə Kriştianu Ronaldo diqqət mərkəzinə düşüb. Portuqaliyalı ulduz 66, 72 və 81-ci dəqiqələrdə fərqlənərək het-trik edib və komandasının qələbəsində əsas rol oynayıb. Dominges 90+4-cü dəqiqədə özünün ikinci qolunu vursa da, bu, “Əl-Xolud”u məğlubiyyətdən xilas etməyib.

Bu qələbədən sonra “Əl-Nəsr” xallarının sayını 28-ə çatdırıb. “Əl-Xolud”un hesabında isə 12 xal var.

Ronaldo bu görüşdə vurduğu üç qolla karyerasında rəsmi oyunlarda vurduğu qolların sayını 985-ə yüksəldib.

Türkiyə Kubokunda sensasiya – III Liqa klubu “Kayserispor”u darmadağın etdi “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью