“Əl Nəsr”dən Səudiyyə çempionatında tarixi rekord

28.11.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Əl-Nəsr”dən Səudiyyə çempionatında tarixi rekord

“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatında ardıcıl 100 oyunda qol vuran ilk komanda olub.

QOL.az xəbər verir ki, buna komanda çempionatın 13-cü turunda “Əl-Həzm”ə qarşı keçirilən matçda (1:0) nail olub.

Görüşün 26-cı dəqiqəsində portuqaliyalı yarımmüdafiəçi Samu Koşta fərqlənərək komandasını önə keçirib. Bu qol “Əl-Nəsr”in ardıcıl 100-cü çempionat matçında rəqib qapısına yol tapması ilə əlamətdar olub.

"Opta"nın məlumatına görə, komandanın bu seriyası 2023-cü ilin dekabrında “Ər-Riyad”la görüşdən başlayıb.

Qeyd edək ki, “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo matçın sonunadək meydanda olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью