El Nino güclənir: Son illərin ən güclü hava hadisələrindən biri ola bilər

23.08.2026

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Britaniyanın Met Office meteoroloji xidməti inkişaf edən El Nino hadisəsinin son onilliklərin ən güclülərindən birinə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

El Nino Sakit okeanın tropik hissəsində okean səthinin qeyri-adi şəkildə isinməsi ilə əlaqəli böyük iqlim hadisəsidir. Onun təsirləri yalnız həmin regionla məhdudlaşmır və dünyanın müxtəlif yerlərində temperatur, yağıntı və hava şəraitinə təsir göstərə bilir.

Mütəxəssislər hadisənin inkişafını diqqətlə izləyirlər. Güclü El Nino bəzi ölkələrdə quraqlıq, digərlərində isə güclü yağış və daşqın riskini artıra bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью