Icma.az, Olay.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Əl Oyunları Sarayında 10 min itirilib! - DİN
Səbail rayonunda olan Əl Oyunları Sarayında keçirilən basketbol yarışında 10 min manat pul itirilib.
Bu barədə OLAY-a Daxili İşlər Nazirliyindən məlumat verilib:
“Bu dəqiqələrdə Səbail rayonunda olan Əl Oyunları Sarayında basketbol beynəlxalq yarışında polis əməkdaşları 10000 manat pul tapıblar. Xahiş edirik pul itirən hansısa iştirakçı varsa, yaxınlıqda olan polis əməkdaşlarına məlumat versinlər”.