Əl Qaidə lideri öldürülüb

08.10.2025

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) mətbuat xidməti məlumat yayıb. O vurğulayıb ki, oktyabrın 2-də öldürülən terrorçu Məhəmməd Əbdülvəhhab Əl-Əhməd "Əl-Qaidə" ilə əlaqəli "Ənsarül-islam" terror təşkilatının üzvü idi.
Bir neçə gün qabaq ABŞ Müdafiə Nazirliyi ("Pentaqon") Suriyadakı "İraq Şam İslam Dövləti" (İŞİD) təhlükəsinə xüsusi diqqət ayrıldığını, eyni zamanda, İraqdakı bazaların gücləndirildiyini, Ərbilə yenidən qoşun yerləşdirildiyini bildirib.
Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью