Icma.az, Axar.az saytına istinadən bildirir.
ABŞ ordusu Yəmənin Marib əyalətində Əl Qaidə komandirini və qrupun digər üzvünü PUA hücumu nəticəsində öldürüb.
Axar.az xəbər verir ki, bu barədə “Əl Hədat” telekanalı məlumat yayıb.
Məlumata görə, ABŞ Əl-Vadi rayonunda Əl Qaidə səhra komandiri “Əbu əl-Həcc əl-Hadidi” kimi tanınan Munir Bacli əl-Əhdal və onun adı açıqlanmayan yoldaşının olduğu motosikletə zərbə endirib.
Yəmənli jurnalist Məhəmməd bin Feysəl bildirib ki, Əl-Əhdal Əl Qaidənin Yəməndəki əsas komandirlərindən biri hesab olunur.