Əl Qüds briqadalarından İsrailə raket zərbəsi

15.07.2025

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fələstin İslami Cihad Hərəkatının hərbi qanadı olan Əl-Qüds briqadaları İsrailin Be-eri yaşayış məntəqəsinə çoxsaylı raketlərlə hücum edildiyini açıqlayıb. Hücumun sionist İsrailin Fələstin xalqına qarşı törətdiyi cinayətlərə cavab olaraq həyata keçirildiyi bildirilir.

Açıqlamada deyilir: “Sionist İsrailin Fələstin xalqına qarşı törətdiyi cinayətlərə cavab olaraq Be-eri qəsəbəsini çoxsaylı raketlərlə hədəfə aldıq”.

Həmçinin səhər saatlarında İsrail Müdafiə Qüvvələri (IDF) Qəzzadan atılan iki raketin əngəlləndiyini açıqlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью