El Şaaravinin yeni klubu bilindi Sabah a gəlmədi

03.09.2026

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

“Roma”dan ayrılan Stefan El-Şaaravinin yeni klubu müəyyənləşib.

Apasport.az xəbər verir ki, azad agent statusunda olan italiyalı vinger “Cenoa” ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

A Seriyası təmsilçisi 33 yaşlı futbolçu ilə 2027-ci il iyunun 30-dək müqavilə imzalayıb.

Onun adı bir müddət əvvəl Azərbaycanın “Sabah” klubu ilə də hallanırdı.

Qeyd edək ki, Stefan El-Şaaravi 2021-ci ilin yanvarından “Roma”nın formasını geyinirdi. İtaliya millisinin sabiq üzvü 2025/26 mövsümündə paytaxt klubunun heyətində 28 matça çıxaraq 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

“Beşiktaş”dan müdafiəyə transfer – Ümit Akdağla 4 illik müqavilə “Trabzonspor” yeni transferini açıqladı “Qalatasaray” Viktor Nelsonla yollarını ayırdı - RƏSMİ 22 yaşlı hücumçu addım-addım “Trabzonspor”a “Fənərbaxça”da növbəti ayrılıq
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью