Əl Şabab Yuventusun sabiq vitseprezidentinə vəzifə təklif etdi

27.12.2024

Icma.az, sport24.az saytına istinadən bildirir.

Tanınmış çexiyalı veteran futbolçu Pavel Nedved "Əl-Şabab"ın rəhbərliyində vəzifə ala bilər. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistan təmsilçisi çexiyalı funksioneri klubun baş menecer təyin etmək istəyir. 

"Əl-Şabab" yanvarda müqavilə bağlamaq ümidi ilə keçmiş yarımmüdafiəçiyə çox sərfəli təklif edib.

Qeyd edək ki, Nedved 2015-2022-ci illərdə "Yuventus"un vitse-prezidenti, 2010-2015-ci illərdə isə Turin klubunun idarə heyətinin üzvü vəzifəsində çalışıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью