Əl Şaraa Kaya Kallasla görüşdü

29.09.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Suriya Prezidenti Əhməd Əl Şaraa Dəməşqdəki Xalq Sarayında Avropa diplomatiyasının rəhbəri Kaya Kallası və Avropa İttifaqı (Aİ) nümayəndə heyətini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Suriya Prezident Aparatının "X" sosial şəbəkəsində məlumat paylaşılıb.

Qeyd olunub ki, görüşdə Suriyanın xarici işlər naziri Əsəd Şeybani də iştirak edib.

Görüş zamanı Suriya və Aİ arasındakı münasibətlər, onların inkişaf yolları, xüsusən də ərəb dövlətinin sabitliyinin dəstəklənməsinə, bərpasına və inkişafına töhfə verən əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Daha əvvəl Aİ Suriya ərazisinin minalardan və döyüş sursatlarından təmizlənməsi üçün 51 milyon avronun ayrıldığını elan etmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью