Əl Tani: Trampa təyyarə təklifinin edilməsi müttəfiqlər arasında normal haldır

20.05.2025

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qətərin Donald Trampa 400 milyon dollar dəyərində “Boeing 747” təyyarəsi təqdim etmək təklifi "müttəfiqlər arasında normal təcrübədir".

525.az "Report" a istinadən xəbər verir ki, bunu Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani Dohada keçirilən iqtisadi forumda çıxışı zamanı bildirib.

Baş nazir Dohanın bu cür addımlarla Vaşinqtona təsir göstərmək istəyi ilə bağlı fərziyyələri rədd edib: "Ümid edirəm ki, ABŞ Qətəri diplomatiyada etibarlı tərəfdaş kimi görür".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью