Əl yükündə ölkəyə 547 karat brilyant keçirmək istədi Fotolar

03.07.2025

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yükünə stasionar rentgen qurğusunda baxış keçirilib.
Yeniavaz.com
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsininyaydığı məlumata istinadla xəbər verir ki, gömrük nəzarəti zamanı monitorda şübhəli cizgilər müşahidə olunduğundan əl yüklərinə gömrük yoxlaması tətbiq edilib. 
“Gömrük yoxlaması zamanı vətəndaşa məxsus çantanın astarının altından, ümumilikdə 547.7 karat brilyant qaşlar aşkar olunub.  Faktla bağlı araşdırma aparılır”, - məlumatda deyilir.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью