Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Hazırda Azərbaycanın elan saytlarında ən bahalı avtomobil və evin qiyməti birlikdə 6.4 milyon manatdır.
“Cebheinfo.az” xəbər verir ki, 17 noyabrda satışa çıxarılan evə 5.5 milyon manat qiymət qoyulub. Qeyd edək ki, bu qiymətə satışa çıxarılan ev Qala-Şüvəlan yolu üzərində olan 60 sot torpaq sahəsində tikilən 2 min kvadratmetr olan malikanədir.
Hazırda elan saytlarında olan ən bahalı avtomobil isə 849 min 303 manatla 2025-ci il istehsalı “Bentley Continental GT”dir.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin