Elanqanın millimizlə oyunun heyətindən kənarda qalmasının SƏBƏBi İdman və Biz

13.11.2024

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Nottingem Forest"in futbolçusu Entoni Elanqanın İsveç yığmasının heyətindən kənarda qalmasının səbəbi bilinib.

İdman.biz xəbər verir ki, İsveç mətbuatı baş məşqçi Yon-Dal Tomassonun 22 yaşlı yarımmüdafiəçidən narazı qaldığını yazıb.

Elanqa Millətlər Liqasının oktyabr ayındakı hazırlığı zamanı şam yeməyinə gecikib. Nəticədə baş məşqçi Entonini Estoniya və Slovakiya görüşlərdə meydana buraxmayıb. Bu azmış kimi, Tomasson onu Slovakiya (16 noyabr) və millimizlə (19 noyabr) oyunların heyətinə də cəlb etməyib.

Qeyd edək ki, Bakıda keçirilən ilk oyunda Elanqa 45 dəqiqə meydanda olub.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью