Əlaqələr sabit və davamlı xarakter daşıyır ŞƏRH EDİLDİ

30.01.2026

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri parlamentləri arasında əlaqələrin inkişafı bu gün artıq yeni, institusional və dərin məzmunlu münasibətlərin formalaşdığını göstərir. Bu isə o deməkdir ki, hər iki ölkədə hakimiyyət dəyişikliyi baş versə belə, bu münasibətlər sabit qalacaq və öz məntiqi axarı ilə davam edəcək". Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

Politoloqun sözlərinə görə, iki dövlət arasında mövcud olan əlaqələr zamanla daha da inkişaf edəcək və yeni istiqamətlər qazanacaq: "Birləşmiş Ərəb Əmirlikləri üçün Azərbaycan vasitəsilə Qafqaz və Asiya istiqamətinə çıxış imkanları genişlənəcək, Azərbaycan üçün isə Yaxın Şərq regionuna açılan yeni perspektivlər formalaşacaq. Bu proses iqtisadi, siyasi və strateji müstəvilərdə qarşılıqlı münasibətlərin daha sistemli şəkildə qurulmasını nəzərdə tutur.

Xüsusilə parlamentlərarası münasibətlərin əsas üstünlüklərindən biri ondan ibarətdir ki, bu əlaqələr icra hakimiyyətlərindən asılı olmadan davamlı xarakter daşıyır. Bu isə hər iki tərəfin bir-birini uzunmüddətli perspektivdə dəstəkləməsi, qarşılıqlı maraqları nəzərə alması və beynəlxalq platformalarda koordinasiyalı mövqe sərgiləməsi anlamına gəlir.

Beynəlxalq arenada Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin bir-birinə dəstək verməsi, müxtəlif beynəlxalq təşkilatlarda qarşılıqlı mövqelərin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, hər iki ölkəyə qarşı ola biləcək təzyiqlər fonunda qarşılıqlı siyasi və diplomatik dəstəyin göstərilməsi də bu əməkdaşlığın vacib tərkib hissəsidir.
Digər tərəfdən, iqtisadiyyat, investisiya və enerji sahələrində iri layihələrin həyata keçirilməsi bu dialoqun əsas istiqamətlərindən biri kimi çıxış edir. Qarşılıqlı investisiyaların təşviqi, enerji əməkdaşlığının dərinləşdirilməsi və yeni iqtisadi təşəbbüslər hər iki ölkənin milli maraqlarına cavab verir.

Bununla yanaşı, Qoşulmama Hərəkatı və digər beynəlxalq qurumlar çərçivəsində əlaqələrin genişləndirilməsi, regionda baş verən proseslərə qarşılıqlı etimad və əməkdaşlıq ruhunda yanaşma Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin strateji xarakter daşıdığını bir daha təsdiqləyir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью