Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə cinayət işində 200 min ABŞ dollar vəsaitinin mənimsənildiyi iddia olunan və zərərçəkən kimi tanınan Yadigar İsrafilov ifadə verib.
"Hər şey yaxşı idi. Pul qoyub, gəlir götürürdük. Sonra Nizamini tapa bilmədim. Ona iki dəfəyə pul vermişəm.
Mən pul verəndə digər zərərçəkmiş Zeynal Usubov da yanımızda olub. Qazancın 50 faizinin mənə verilməsi barədə söhbətimiz oldu.
Usubovla eyni vaxtda Nizamini tanımışam. 100 min dollardan 2 500 dollar verib. Sonra hər ay iki min dollar verirdi.
Cəmi mənə 40 min dollar verib. Mənə 160 min dollar zərərin ödənilməsini istəyirəm".
Zərərçəkənin istintaqdakı ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət olduğundan onun ilk ifadəsi prosesdə elan edilib.