Icma.az, Axsham.az saytına istinadən bildirir.
Müğənni Elariz Məmmədoğlu aparıcı Cavid Gülün onunla bağlı paylaşımına münasibət bildirib.
Axşam.az xəbər verir ki, Cavid qızı Safiya ilə video çəkərək ona “Mən qəşəngəm, yoxsa Elariz” sualını ünvanlayıb. Safiya isə “Elariz” cavabını verib.
Həmin anları sosial şəbəkə hesabında paylaşan Cavidə Elarizin cavabı gecikməyib.
Müğənni videonu yayımlayaraq “Uşaq doğru deyir” şərhini yazıb.