“Əlavə imtiyaz lazım deyil, malik olduqlarımızı itirmək istəmirik” | Icma.az
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Biz hələ də Ümumdünya Ticarət Təşkilatının üzvü deyilik, baxmayaraq, uzun illərdir, deyərdim, bir neçə onilliklərdir ki, danışıqların aktiv mərhələsindəyik.
Bu prosesin məntiqi yekunlaşmamasının səbəbi sırf sizin dediklərinizdir.
Proteksionizm, ikili standartlar, tariflər - bütün bunlar Ümumdünya Ticarət Təşkilatının təməl dəyərlərinə ziddir.
Biz görürük ki, ölkələr öz bazarlarını qorumaq üçün tarifləri tətbiq edir, proteksionizm üsullarından istifadə edirlər və bu da Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə tamamilə ziddir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, biz danışıqlar prosesindəyik: “Lakin, eyni zamanda, biz üstünlükləri və zəif tərəfləri ciddi qiymətləndiririk.
Bizi narahat edən məqamlardan biri bizim indi müzakirə etdiyimiz mövzudur.
Tam oxu
Xəbəri oxu