Əlavə vəsait tutan taksi şirkətlərinə xəbərdarlıq

15.11.2024

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


“Taksi sifarişi operatorları tərəfindən xidmətə görə əlavə vəsaitin tutulması, eyni zamanda bir gedişə görə bir neçə dəfə ödənişin çıxılması qanunsuzdur”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin yaydığı məlumatda bildirilir.
Qeyd olunub ki, qurum bununla bağlı ciddi tədbirlər görəcək:
“Belə hallarla qarşılaşan sərnişinlərdən AYNA-nın 141-Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən məlumat vermələri xahiş olunur. Taksi nəqliyyat vasitəsilə sərnişin daşımalarında xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью