Elbrus dağına qalxmağa çalışan alpinist həlak oldu

06.07.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kabardin-Balkarda (Rusiya) bir alpinist Elbrus dağına qalxarkən həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS Fövqəladə Hallar Nazirliyinin (FHN) regional Baş İdarəsinə istinadən məlumat yayıb.

"Moskva vaxtı ilə 13:10-da Elbrus dağında (təxminən 5,5 min metr hündürlükdə) dağa qalxarkən alpinistin həlak olması barədə məlumat daxil olub. Məlumat şahidlər tərəfindən verilib. Qeydiyyatı və şəxsiyyəti barədə məlumat yoxdur", - FHN-dən bildirilib.

Qeyd edilib ki, profilaktik işlərlə əlaqədar kanat yolları dayandırılıb. Alpinistin meyitinin təxliyəsi xilasedicilər tərəfindən kanat yolları işə salındıqdan sonra, axşam saatlarına planlaşdırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью