Elbrus dağında alpinistlər itkin düşüb

23.04.2025

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyanın Kabardin-Balkar bölgəsindəki Elbrus dağında bir qrup alpinist itkin düşüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Elbrus dağına qalxan bir qrup alpinist 5350 metr yüksəklikdən təcili yardım çağırıblar: "Alpinistlərin axtarış-xilasetmə işlərinə dərhal başlanılıb. İlkin məlumata görə, qrupdakı 2 alpinist yüksəklikdə özlərini pis hiss ediblər. Hələlik onların yerini müəyyənetmək mümkün olmayıb. Əməliyyat davam edir"

Xəbərdə o da deyilir ki, alpinistlər əcnəbilərdən ibarətdir.

Zülfiyyə Mustafayeva
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью